AZ

“İran və İsrail öz əhalisinə göstərmək istəyir ki...” - Zərdüşt Əlizadə

“ABŞ deyir ki, İsrail İrana hücum etməsiylə bağlı ona məlumat verib, amma o özü bu hücumda iştirak eləmir. İsrail isə məhdud miqyasda İrana zərbə endirdiyini bildirir”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, hazırda tərəflər arasında informasiya müharibəsi getdiyini bildirib:

“İran isə əvvəl demişdi ki, hücum etsək, İsrail cavab zərbəsi endirəcək. Amma indi deyirlər ki, İrana heç bir zərbə olmayıb. İsfahan yaxınlığında yerləşən gurultunun səbəbi isə o idi ki, hava hücumundan müdafiə sistemləri səmada hansısa bir obyekti görüb və ona atəş açıblar. Yəni İran və İsrail öz əhalisinə göstərmək istəyir ki, guya bunlar bir-biriinə cavab atəşi açıblar. Çox güman ki, tərəflər öz xalqına və dünya ictimiyyətinə mövqeyini nümayiş etdirirlər. Hərə özünün qələbəsini təqdim edir. Dəfələrlə görmüşəm ki, hansısa dövlət məğlub olanda bunu özünün qələbəsi kimi təqdim edib”.

Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilir. Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla