AZ

İsrail İrana cavab zərbəsini 4 ölkə ilə razılaşdırıb – “Bild”

İsrail İordaniya, Misir, Səudiyyə Ərəbistanı və ABŞ ilə İrana cavab zərbəsi endirmək barədə razılığa gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail İrana cavab zərbəsini İordaniya, Misir, Səudiyyə Ərəbistanı və ABŞ ilə razılaşdırıb.

Nəşrin məlumatına görə, yuxarıda adları çəkilən ölkələr İrandan cavab hücumu olacağı təqdirdə İsrailə raket və pilotsuz təyyarələrin vurulmasına kömək edəcəklərini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla