AZ

Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib

Almaniyanın iqtisadiyyat naziri və Yaşıllar Partiyasından olan vitse-kansler Robert Habek aprelin 19-na keçən gecə Ukraynanın paytaxtı Kiyevdə bomba sığınacağında bir neçə saat qalıb.

Qeyd olunur ki, sığınacaq Kiyevdəki hotellərdən birinin yeraltı qarajında yerləşib. Vitse-kansler Almaniya nümayəndə heyəti ilə birlikdə həyəcan siqnalı ləğv edilənə qədər bomba sığınacağında təxminən bir saat yarım qalıb.

Bundan sonra Almaniyadan gələn nümayəndə heyəti öz otaqlarına qayıdıb.

Xatırladaq ki, bir gün əvvəl Robert Habek Kiyevə gedib. Almaniyanın vitse-kansleri Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynanın infrastruktur obyektlərinə hücumları müzakirə etmək niyyətindədir.

Mənbə: DPA

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla