“Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulundan "Qəbələ"də çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
“Qəbələ” İdman Klubu Feras Abu Akala gələcək karyerasında uğurlar arzulayıb.