AZ

Milli Məclis Hesablama palatasının hesabatını qəbul etdi

Bakı. Trend:

Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatıMilli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, hesabatı Hesablama Palatasının sədriVüqar Gülməmmədov təqdim edib.

Hesabat ümumi məlumatlar, Strateji Planın icra vəziyyəti,fəaliyyət istiqamətləri və fəaliyyətin təşkili bölmələrindən, eləcədə, cari ildə qarşıda duran vəzifələrə dair məlumatdanibarətdir.

2023-cü ildə Hesablama Palatasının Kollegiyası tərəfindən 41audit və 4 analitik fəaliyyətin keçirilməsi ilə bağlı qərar qəbuledilib. Nəticələrinin rəsmiləşdirilməsi 2024-cü ilə keçirilmiş 1analitik fəaliyyət istisna olmaqla, bütün tədbirlər başa çatdırılıbvə Milli Məclisə məlumat verilib.

2023-cü ildə Hesablama Palatasının əsas nəzarət sahələri əhaliyəödənilən sosial müavinət və təqaüdlər, tibbi sığorta xərcləri,fermerlərə göstərilən dövlət dəstəyi, sosial obyektlərin tikintisivə təmiri, hüquq-mühafizə sahəsinin ayrı-ayrı istiqamətləri, dövlətsatınalmaları, dövlət rüsumlarının və vergilərin formalaşmasıvəziyyəti olub.

Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1971,9 mln. manat müəyyənedilib.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla