AZ

Atmosferə zəhərli qazlar buraxan sürücülər cərimələnib- VİDEO

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

Bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, Qazax rayonunda təşkil olunan növbəti tədbir zamanı yol polisi əməkdaşları mühərrikin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görməklə yanaşı, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı onlarla maarifləndirmə xarakterli söhbətlər aparıblar.

Seçilən
56
8
Mənbələr
Şərh ()
Bağla