AZ

G7 ölkələri İsrailin İrana zərbə endirməsi ilə bağlı vəziyyəti müzakirə edəcək

G7 ölkələri üzv ölkələrin xarici işlər nazirlərinin İtaliyada keçiriləcək görüşü zamanı İsrailin İrana hücumunu müzakirə etməyi planlaşdırır.

Kanadanın xarici işlər naziri Melani Coli bu barədəX sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Kanada Xarici İşlər Nazirliyinin nümayəndələri İranda gecə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Biz bunu bu səhər İtaliyada keçiriləcək G7 toplantısında xarici işlər nazirləri ilə müzakirə edəcəyik”, – Coli yazıb.

Aprelin 19-na keçən gecə mətbuatda İsrailin İrandakı obyektə zərbə endirdiyi barədə xəbərlər yayılıb . İsfahan əyalətində beynəlxalq hava limanının yaxınlığında partlayışlar baş verib. İran televiziyasının məlumatına görə, hava hücumundan müdafiə sistemləri əyalət üzərində bir neçə pilotsuz uçuş aparatını (PUA) məhv edib .

Seçilən
51
16
Mənbələr
Şərh ()
Bağla