AZ

Ədalət Verdiyev: “Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər   Şuşa Bəyannaməsinə əsaslanır”

Rusiya Sülhməramlı Qüvvələrin Azərbaycan ərazisini vaxtında əvvəl  tərk etməsi şanlı hadisələrdən biri oldu. Proses Kəlbəcər rayonundan başaldı və bu ilin sonuna kimi bütün sülhməramlı qüvvələrin Azərbaycanı tərk edcəkləri gözlənilir.

Bu tərketmə prosesi Türkiyənin Azərbaycanda hərbi mövcudluğu baxımından hansı perespektivlər aça bilər?

Mövzu ilə bağlı sualımızı cavablayan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında hərbi, hərbi texniki sahədə əməkdaşlıq heç bir kənar təsirlərdən asılı deyil:

“Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər  imzalanan çoxsaylı sənədlərə, əsasən də Şuşa Bəyannaməsinə əsaslanır”

Bununla yanaşı, ekspert Rusiya Sülhməramlı Qüvvələrin Azərbaycan ərazisini tərk etməsini gözlənilən proses olduğunu vurğuladı:

“Sadəcə olaraq, bu nəzərdə tutalan vaxtdan 15 ay erkən həyata keçirildi. Nəticə etibarı ilə bu Azərbaycanın bütün əraizlərdə suveren  hüuqlarının , o  cümlədən Xocalı Hava Limanı ətrafında blok postların ləğvi  və bu obyeklərin də Azərbaycan  tərəfindən bərpası ilə nəticələnəcək”.

Emin ŞİRVANZADƏ

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla