AZ

Hindistanda dünyanın ən böyük seçkiləri başlayıb

Hindistanda parlamentin aşağı palatası Lok Sabhaya bir ay yarım davam edəcək seçkilər başlayıb. Seçkilərin 7 turundan birincisi aprelin 19-da keçiriləcək. Səsvermə bülletenlərinin hesablanması iyunun 4-də baş tutacaq. Bu barədə Vətəninfo.az  Reuters-ə istinadən xəbər verir.

Hindistanda 968 milyon seçici var ki, bu da ABŞ, Avropa İttifaqı və Rusiya əhalisinin cəmindən çoxdur.

Aprelin 19-da ölkənin 21 ştat və ərazisində 166 milyon seçici səs verəcək. Bir milyondan çox seçki məntəqəsi olacaq. 2400-dən çox siyasi partiya namizədlərini təqdim edəcək.

543 yerlik Lok Sabhada mütləq çoxluğu yaratmaq üçün 272 yer əldə etmək lazımdır.

Proqnozlara görə, Hindistanın baş naziri Narendra Modinin Bharatiya Janata Partiyası (BJP) parlamentin aşağı palatasında 370, onun Milli Demokratik Alyansı isə 400-dən çox yer qazanacaq.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla