İtaliya 2024/2025 mövsümündə Çempionlar Liqasında beş komanda ilə təmsil olunacaq.
Futbolpress.az xəbər verir ki, Avropa Liqasında yarışan “Roma” və “Atalanta”nın yarımfinala yüksəlməsiylə yeni mövsümdə ÇL-də 5 İtaliya təmsilçisinin olacağı dəqiqləşib.
“Atalanta” “Liverpul”u, “Roma” isə “Milan”ı mübarizədən kənarlaşdırıb.
İtaliya A Seriyası UEFA reytinqində ikinci sıradadır və bu səbəbdən yeni mövsümdə bu ölkədən avrokuboklarda 8 komanda yarışacaq. Onlardan 5-i Çempionlar Liqası, 2-si Avropa Liqası, 1-i isə Konfrans Liqasında mübarizəyə qoşulacaq.