AZ

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

ÜST

Bakı, 19 aprel, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) H5N1virusunun (quş qripinin) insanlara yayılması ilə bağlı xəbərdarlıq edib.

AZƏRTAC “Science alert” saytına istinadla xəbər verir ki, mövcud quş qripi epidemiyası 2020-ci ildə başlayıb və on milyonlarla ev quşunun tələfatına səbəb olub, çöl quşları, bir sıra məməli heyvanlar da virusa yoluxub. Keçən aydan etibarən bu siyahıya inək və keçilər əlavə olunub.

BMT-nin səhiyyə agentliyinin alimi Keremi Farrar bunun çox böyük narahatlıq doğurduğunu, virusun hazırda təkamül etdiyini və insanlara yoluxma, daha sonra insandan-insana keçmə qabiliyyətinin formalaşdığını bildirib.

ÜST-nin məlumatına görə, 2003-cü ildən bu il aprelin 1-dək quş qripinə 23 ölkədə 889 insan yoluxub, virusdan 463 ölüm faktı qeydə alınıb. Narahatedici daha bir məqam odur ki, Texasda bir nəfərə quş qripi mal-qaradan keçib və bu, ilk belə haldır.

Səlahiyyətlilər virusla mübarizədə monitorinqi gücləndirməyə çağırıb. Məlumatda H5N1 virusuna qarşı peyvəndlərin və terapevtik vasitələrin hazırlanması istiqamətində səylərin davam etdiyi bildirilib.

 

 

Seçilən
140
9
Mənbələr
Şərh ()
Bağla