AZ

"Atılan hər addım zamanında olur və ölkəmizə uğur gətirir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Sülhməramlıların ərazilərimizdən çıxarılmasına ABŞ Dövlət Departamentinin nümayəndəsinin "Rusiya etibarsız tərəfdaşdır" deməsi riyakarlıqdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, bu bir daha onu göstərir ki, ABŞ və Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına heç vaxt razı olmayıb: "Ona görə də münaqişə 30 il davam etdi. Amma ABŞ və Fransa istəsəydi, BMT TŞ-nın qətnamələri vaxtında icra olunardı və İkinci Qarabağ müharibəsinin baş verməsinə ehtiyac qalmazdı. Hətta müharibənin başa çatdığı 3,5 ildə də Ermənistanla davamlı sülhün əldə olunmamasının əsas səbəbi Qərbin münaqişənin bitməsini istəməməsindən irəli gəlir.

ABŞ Rusiya hərbiçilərinin digər ölkələrdən çıxarılmasını dəstəkləyir və hətta tövsiyyə etdiyi halda Azərbaycanda isə qalmağını və əbədiləşməsini arzulayırdı. Bu yanaşmanın kökündə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməklə yenidən müharibəyə sövq etdirmək arzuları olmuşdur. Ona görə də 5 apreldə Brüsseldə keçirilən görüşdə mediaya görünən hissədə görüşün iqtisadi dəstəklə bağlı olduğu kimi göstərməyə çalışsa da, pərdəarxası danışıqlar hərbi yardımın göstərilməsi, 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxardılması və ABŞ-ın hərbi mövcudluğunu təmin edəcək siyasətin davam etdirilməsi ilə bağlı olmuşdur. Məhz görüşdən sonra ABŞ-ın Ermənistana müəyyən hərbi texnikanın göndərilməsini də keçirilmiş Brüssel görüşünün nəticəsi kimi qeyd edə bilərik. ABŞ və Aİ Azərbaycanla Ermənistan arasında gərginliyi artırmaqla yeni müharibə ocağını yaratmaq istəyir. Ona görə də Ermənistan delimitasiya prosesini süni uzadır və sülh danışqlarını manipulyasiya edir. Amma Rusiya sülhməramlıların ərazilərimizi tərk etməsi həm Qərb üçün, həm də Ermənistan üçün bir sürpriz oldu. Bu, Qərbin Qarabağdan könüllü çıxmış ermənilərlə bağlı planlarının puç olmasına gətirdi.

Prezident İlham Əliyev dünyada və regionumuzda baş verən prosesləri çox düzgün analiz edə bilir. Ona görə də atılan hər bir addım əsil zamanında olur və ölkəmizə uğur gətirir".

Müəllif: Söylü Ağazadə
Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla