AZ

İranın İmam Xomeyni Beynəlxalq Aeroportundan uçuşlar bərpa edildi

Bakı. Trend:

İranın Tehran vilayətində İmam Xomeyni Beynəlxalq Aeroportundanuçuşlar bu gün saat 07:30-dan başlanaraq həyata keçirilir.

Trend xəbər verir ki, bunu İranın İmam Xomeyni BeynəlxalqAeroportunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Cavad Salehideyib.

Onun sözlərinə görə, İsrailin İrana hücum etməsi ehtimalı iləaeroportda uçuşların saat 05:30-dan 10:30-dək ləğv edilməsi nəzərdətutulmuşdu:

" Lakin vəziyyətin normallaşması ilə uçuşların ləğvi daha tezdayandırılıb. Hazırda bu aeroportdan heç bir istiqamətdə uçuşqadağası yoxdur. Sadəcə, BƏƏ-də baş verən güclü yağıntılara görə,Dubay istiqamətində uçuşlar qadağandır”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün İranın dövlət KİV-də İsfahan, Şiraz vəTehran şəhərləri üzərində uçuşlar dayandırıldığı barədə məlumatyayılıb.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vədəməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavabolaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilkbirbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatınbaşa çatdığını elan edib.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla