AZ

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Hesablama

Bakı, 19 aprel, AZƏRTAC

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”ni nəzərə alaraq bir neçə mövzuda ekoloji auditin keçirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.

O, cari il Qanunla nəzərdə tutulan vəzifələrlə yanaşı, planlaşdırılan bəzi tədbirlər haqqında da məlumat verib. Palata sədri deyib ki, bu il Türkiyə Ali Audit Orqanı ilə 2 mövzuda paralel auditi, COP29 tədbirində həmkar AAO-ların iştirakının təşkilini və iqlim fəaliyyətinin qiymətləndirilməsinə AAO-ların cəlb edilməsi məsələlərinin müzakirə edilməsi, məsafədən auditlə bağlı proqram təminatının hazırlanması işlərinə başlanılması, ASOSAI-ın maliyyə hesabatlarının auditinin keçirilməsi kimi tədbirlər nəzərdə tutulur.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla