AZ

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Binəqədi

Bakı, 19 aprel, AZƏRTAC

Ötən il dekabrın 31-də Binəqədi rayonu ərazisində 1968-ci il təvəllüdlü Namiq Orucovun və 1988-ci il təvəllüdlü Ramil Səfərovun qəsdən öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə istintaq tamamlanıb.

Binəqədi Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin tanışları Namiq Orucovu və Ramil Səfərovu rayon ərazisindəki kafelərdən birində xuliqanlıq edib bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Arif Bəhərçiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci, 120.2.3-cü, 120.2.7-ci (xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar iki və daha çox şəxsi qəsdən öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
53
5
Mənbələr
Şərh ()
Bağla