AZ

Kubarsi ilə Rafinyanın aqibəti necə olacaq?

“Barselona” rəhbərliyi Pau Kubarsi ilə müqaviləni yeniləməyi planlaşdırıb.

Müdafiəçinin məsələsinin tezliklə yoluna qoyulacağı gözlənilir. Jurnalist Rocer Torello tərəflərin anlaşmağa çox yaxın olduğunu xəbər verib.

Yeri gəlmişkən, rəhbərlik Rafinyaya qiymət qoyub. “Sport” qəzetinin xəbərinə görə, İspaniya klubu braziliyalı futbolçunu 80 milyon avroya satmağa hazırdı. 27 yaşlı vingerin qiyməti ilə bağlı qərar İngiltərənin bir sıra klublarından 60 milyon avroluq təkliflər alındıqdan sonra verilib. Futbolçu ilə maraqlanan klublar arasında “Çelsi” və “Mançester Yunayted” də var. Rafinya bu mövsüm 31 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə verib.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla