AZ

Rauf Əliyev gözləmədiyi təklifə niyə razılıq verib?

Ölkəmizin futbol yığmasının sabiq hücumçusu, hazırda “İnter” minifutbol komandasında çıxış edən Rauf Əliyev bu növ üzrə yığmaya da dəvət alıb.

O, Monteneqroda keçiriləcək turnirə yollanacaq heyətdən çıxarılan “Zirə”nin hücumçusu Samir Həmzəyevin yerini tutacaq. Görəsən, Rauf Əliyev təklifi necə qarşılayıb? Belə dəvət gözləyirdimi? Sualları futbolçunun özünə ünvanladıq:

"Düzünü desəm, bu təklif mənim üçün gözlənilməz oldu. Çünki minifutbola həvəskar səviyyədə yanaşırdım. Artıq məşqçiliyə başlamışam. Bütün fikrim futbolda məşqçilik ilə bağlıdı. Belə maraqlı təklif gəldi və sual verdilər ki, millidə oynaya, bizə kömək edə bilərsənmi? Mən də bunu müsbət qarşıladım. Düşündüm ki, niyə də olmasın?! Futbolu zədəyə görə bitirmişdim. Böyük futbola qayıdış barədə heç düşünmürəm də. Zədəmə görə çox çətindi. Artıq "İnter"lə mövsümü başa vurduq. Fikrimcə, birinci il üçün heç də pis oynamadıq. Çünki bir çox futbolçumuz artıq yaşlanıb. Minifutbolda əsasən gənclər oynayır. Onlar daha çox hərəkətdə olur, bizdən fərqli həftənin 5 günü məşq edirdilər. Nəzərə alaq ki, bizdə hamı karyerasını bitirib, artıq məşqçi kimi çalışır. Bu üzdən bizim üçün bir qədər çətin idi".

GÜNAY SÜLEYMANOVA
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla