AZ

Ən yaxşı snayper müəyyənləşdi

Oston Metyus MHL-də müntəzəm çempionatın ən yaxşı snayperi olub. O, 81 oyunda 69 dəfə fərqlənib.

“Toronto”nun forvardı karyerası ərzində üçüncü dəfə “Moris Rişar Trofi”nin qalibi olub.Bundan əvvəl Metyus 2021 və 2022-ci illərdə ən çox qol vuran hokkeyçi olmuşdu.

26 yaşlı forvardın 69 qolu 1995/1996-cı il mövsümündən bəri ən yaxşı nəticədir. Həmin mövsüm Mario Lemye 70 oyuna eyni sayda qol vurmuşdu.

Oston bir sıra rekordları da yeniləyib. O, 21-ci əsrdə, amerikalı hokkeyçilər və “Toronto Meypl Livs”in oyunçuları arasında  ən çox qol vuran olub.

Snayperlər yarışında ikinci yeri 57 qolla Sem Raynhart tutub.

Xatırladaq ki, MHL tarixində “Moris Rişar Trofi”ni ən çox qazanan hokkeyçi Aleksey Oveçkindir. “Vaşinqton Kepitals”ın kapitanı 9 dəfə mükafatı qazanıb.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla