AZ

İran XİN: “İranın növbəti cavabı dərhal və qətiyyətli olacaq”

Vətəninfo.az xəbər verir ki, Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-nin CNN telekanalına müsahibəsində “Sizcə, bu gecə İsrail hücum edə bilərmi?” sualına cavab olaraq deyib:
“Biz İsrail rejiminə daha sərt cavab verə bilərdik… Əgər İsrail yenidən avantüraya əl atsa və bizim maraqlarımıza qarşı hərəkətə keçsə, İranın növbəti cavabı dərhal, maksimum və qətiyyətli olacaq. Biz Yaxın Şərqdə gərginlik və böhranın inkişafını istəmirik. Ümid edirik ki, İsrail əvvəlki səhvini təkrar etməyəcək”.

Seçilən
175
34
Mənbələr
Şərh ()
Bağla