AZ

Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verib

Rusiya Azərbaycan vətəndaşı Şahin Abbasovu federal axtarışa verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, aprelin 17-də Moskvanın Krasnodar küçəsində parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov federal axtarışa verilib.

Seçilən
120
9
Mənbələr
Şərh ()
Bağla