AZ

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

İspaniyanın “Barselona” klubunun “Nou Kamp” stadionuna qayıdacağı tarix bəlli olub.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu dekabrın 15-dən etibarən doğma arenasından istifadə edə biləcək.

Rəhbərlik klubun 125 illiyini qeyd edəcəyi 29 noyabr tarixində açılış tədbiri keçirməyi planlaşdırırdı. Lakin sonradan tələsməmək qərarına gəlib. Komandanın ilk matçlarında tribunalara məhdud sayda azarkeş buraxılacaq. Belə ki, qarşılaşmalara maksimum 60 min tamaşaçı cəlb olunacaq.

Qeyd edək ki, “Nou Kamp” stadionu 2023-cü ildən yenidənqurma üçün bağlanıb. Həmin vaxtdan bəri “Barselona” ev oyunlarını şəhərin Olimpiya Stadionunda keçirir.

Seçilən
47
7
Mənbələr
Şərh ()
Bağla