AZ

Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

İntibah dövrünün rəssamı Mikelancelonun kiçik kağız üzərində çəkdiyi rəsm Nyu-Yorkda keçirilən hərracda 201 min 600 dollara satılıb.

Kulis.az xəbər verir ki, "Christie's Hərrac Evi" çərşənbə günü kvadrat şəkilli rəsm üçün təxmini dəyərindən 33 dəfə yüksək qiymətə alıcı tapdığını açıqlayıb.

Başqa bir əsərin arxasına yapışdırılmış və Mikelancelonun nəslinin sonuncu nümayəndəsinin məktubu ilə müşayiət olunan bu kiçik rəsmin əvvəlcə 6-8 min dollara satılacağı gözlənilirdi.

"Christie's" bu parçanı 201.600 dollara alan şəxs haqqında məlumat verməyib.

Üzərində “bənzətmə” sözü yazılmış rəsmdə mərmər blokun təsvir olunduğu düşünülür. Hərrac evinin ekspertinin fikrincə, Mikelancelo onu Vatikandakı Sikstin kapellasının tavanı üzərində işləyərkən çəkmiş ola bilər.

Ülvi Bahadır

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla