AZ

Azərbaycan və Finlandiya nümayəndələri COP29-a hazırlığı müzakirə ediblər

Bakı. Trend:

COP29-un Rəyasət Heyətinin nümayəndələri Finlandiyanın ATƏT-inyanındakı daimi nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyətiilə COP29-a hazırlıq prosesini müzakirə ediblər.

Trend bubarədə COP29-un Rəyasət Heyətinin üzvü, Ekologiya və TəbiiSərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya XidmətininBeynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiriFuad Hümbətova istinadən xəbər verir.

"Finlandiyanın ATƏT-in yanındakı daimi nümayəndəsi VesaHakkinnenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə COP29-a hazırlıqprosesi üzrə çox məzmunlu müzakirə apardıq", - o deyib.

Görüşün əhəmiyyətini izah edən F.Hümbətov Finlandiyanın 2025-ciildə ATƏT-ə sədrlik edəcəyini, Azərbaycanın isə bu beynəlxalqtəşkilatlarla müxtəlif proqramlar üzrə əməkdaşlıq etdiyini qeydedib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla