AZ

Amerika Azərbaycanı təbrik etməli idi, ancaq Fransa ilə birlikdə...

Amerika və Fransa bölgədə məsələlərin sülhlə bitməsini istəmirlər. Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına Amerikanın reaksiyası ciddi təəssüf doğurur.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Dövlət Departamentinin nümayəndəsi bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə mənfi tərzdə şərh etməsi Amerikanın riyakayarlığının göstəricisidir:

"Bu, bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır və onlar münaqişənin bitməsini istəmirlər”.

Deputat bildirib ki, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu: “Əslində, Amerika münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, Amerika regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür”.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla