AZ

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Bakı, 19 aprel, AZƏRTAC

"Artıq altı aydır "Neftçi"də işləyirəm. Burada çox xoşbəxtəm. Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir. Yeni ölkədə olsa da, əvvəlki təcrübələrim mənə kömək olacaq".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson özü üçün təşkil olunan mətbuat konfransında deyib.

O, bu aylar ərzində bir sıra dəyişikliklər etdiklərini bildirib: "Burada müəyyən strukturu dəyişdik. Əsas və ikinci komandanı yaxşı duruma gətirdik. Bura ilk gələndə təəccüblənmişdim. Çünki komandanın çox yaxşı təlim-məşq bazası olsa da, tam hazır deyildi. Yeni plan qurduq və bazanın birinci mərtəbəsini təmir etdik".

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla