AZ

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Bakı, 19 aprel, AZƏRTAC

"Neftçi"nin hazırkı heyətində yaşlı oyunçular olsa da, yeni qurulan skaut komandamızın əsas məqsədi xarakteri yaxşı olan futbolçular cəlb etməkdir".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson onun üçün təşkil olunan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, hazırda komandada müəyyən narahatçılıq da var: ”Bu da nəticələrlə bağlıdır. Böyük klublara hər zaman təzyiqlər olur. Bəzən qısa vaxt ərzində də uğur qazanmaq olar. Yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla