AZ

Danilonun planı - bu şərtlə müqaviləsi uzana bilər

"Yuventus"un futbolçusu Danilo klubu tərk etmək istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Klubdan ayrılacağı iddia edilən braziliyalı müdafiəçinin sözləşməsi 2025-ci ilin yayına kimidir. O, gələn mövsüm oyunların 50 faizində iştirak etsə, müqaviləsi avtomatik uzanacaq. Danilo bundan istifadə etmək niyyətindədir.

Danilo 2019-cu ildən "Yuventus"da çıxış edir. O, bu mövsüm 27 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Seçilən
94
Mənbələr
Şərh ()
Bağla