AZ

Ana 8 yaşlı oğlunu suda boğmaq istədi

Ukraynın Vinnitsa şəhərində kursant şəhərin mərkəzində anası tərəfindən boğulan uşağı xilas edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Vinnitsa vilayətinin polisindən bildirilib ki, həmin gün oğlunu suda boğmaq istəyən qadın barədə məlumat verilib. Bu, Daxili İşlər Universitetinin 17 yaşlı kursantı Artem Makarovun gözləri qarşısında baş verib.

Oğlan deyir ki, qışqırıqlar eşidib və bir qadının 8 yaşlı uşağının başını suya salmağa çalışdığını görüb.

Artem onların yanına qaçaraq oğlan uşağını sahilə çıxarıb, bundan sonra təcili yardım və polis əməkdaşlarını hadisə yerinə çağırıb. O xatırlayır ki, oğlan anasından onu niyə boğduğunu soruşsa da, o, aqressiv reaksiya verib. Sonra uşaq qaçıb.

Uşaq hipotermi ilə xəstəxanaya aparılıb, o, stressli vəziyyətdədir. Jurnalistlərin sözlərinə görə, bu ailə sosial xidmətdə qeydiyyatda olmayıb, onlar 12 yaşında daha bir uşaq böyüdürlər.

40 yaşlı ana saxlanılıb, müstəntiqlər onun qətlə cəhddə şübhəli biliblər. O, məhkəmə zalından psixonevroloji xəstəxanaya aparılıb və onun hadisə zamanı anlaqsız olduğu müəyyən edilib.

Jurnalistlərin sözlərinə görə, qadın psixi problemlərdən müalicə olunurmuş. Bundan sonra uşaqlara ataları baxacaq. Həmçinin uşağı xilas edən kursantı mükafat veriləcək.

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla