AZ

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

Şri-Lanka

Bakı, 19 aprel, AZƏRTAC

Şri-Lanka çayının Rusiyaya ixracı yanvar-mart aylarında 14 faiz artaraq 6,4 milyon kiloqrama çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Şri-Lankanın Gömrük İdarəsinin məlumatında deyilir.

Məlumata görə, Rusiya bu göstəriciyə görə İraq (8,4 milyon kiloqram) və Birləşmiş Ərəb Əmirliklərindən (7 milyon kiloqram) sonra ən böyük idxalçıları arasında üçüncü yeri tutub.

Bu ilin birinci rübündə Şri-Lanka ümumilikdə 62 milyon kiloqram4 çay ixrac edib. Bu, 54 milyon kiloqram ixracın qeydə alındığı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Çay ixracından əldə olunan gəlir isə 2023-cü ilin ilk rübü ilə müqayisədə 40 milyon dollar artaraq 354 milyon dollar təşkil edib.

Çay Şri-Lankanın ən böyük ixrac məhsuludur. Ada dövləti əvvəllər çay istehsalında Çin və Hindistandan sonra dünyada üçüncü yeri tuturdu. Dünya üzrə çay istehsalının 23 faizi Şri-Lankanın payına düşürdü. 2021-2022-ci illərdə ölkədə baş verən iqtisadi böhran, kənd təsərrüfatında mineral gübrələrin istifadəsinin dayandırılması və bu kimi digər səbəblər Şri-Lankanın çay sektoruna da mənfi təsir göstərib. Hazırda 20-yə yaxın çay plantasiyasında, 590 çay fabrikində və 280 ixracatçı şirkətdə 135 mindən çox insan çalışır.

 

 

 

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla