AZ

Rusiyanın bombardmançı təyyarəsi məhv edilib

Rusiya Aerokosmik Qüvvələrinə məxsus TU-22M3 təyyarəsi Stavropol diyarında döyüş tapşırığını yerinə yetirdikdən sonra öz hava limanına qayıdarkən qəzaya uğrayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, fəlakətə səbəb texniki nasazlıq olub. Təyyarədə heç bir sursat yox idi. Hadisə nəticəsində yerdə dağıntı olmayıb.

Aprelin 18-də səhər saatlarında Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov təyyarənin bölgənin əkin yerlərindən birində qəzaya uğradığını bildirib. O qeyd edib ki, iki pilot qaça bilib. Onlar sağ tapılaraq xəstəxanaya aparılıb.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla