AZ

Aİ Yaxın Şərqdə gərginliyin yaranmaması üçün hər şeyi edir

"Biz bütün tərəfləri Yaxın Şərq regionunda eskalasiyadan çəkindirmək üçün əlimizdən gələni edirik".

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə bu ölkənin Rusiya ilə sərhəd bölgəsi Lappeenrantada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Avropa Komissiyasının Prezidenti ötən həftə İranın İsrailə raket və PUA hücumlarını xatırladıb.

"Regionun stabil olması və bütün tərəflərin əlavə addımlar atmaqdan çəkinməsi çox vacibdir", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Finlandiya Baş naziri də Yaxın Şərqdə vəziyyətdən narahat olduqlarını dilə gətirib. "Tərəflər bir-birinə hücum etməyi dayandırmalıdır. Yaxın Şərqdə vəziyyət həqiqətən də təhülkəlidir”, - Petteri Orpo bildirib.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla