AZ

Bu ixtisaslar üzrə keçid balları arta bilər - SİYAHI

“Buraxılış imtahanında toplanılan maksimum nəticə əgər qəbul imtahanında da toplanılsa, prestijli ixtisaslarda ballar artacaq”

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eskperti Elçin Əfəndiyev qeyd edib.

 

 

Ekspert bu il I və III ixtisas qrupuna daha çox müraciət olunacağını dilə gətirib:

 

“53 abituriyent 3 və 10 mart tarixində keçirilmiş buraxılış imtahanından maksimum nəticə toplayıb. Hər il olduğu kimi bu ildə gözləntilərimiz bundan ibarətdir ki, ixitsas qruplarına müraciət sayında ən çox I və III ixtisas qrupu yer alacaq. Daha sonra II, V və IV ixitsas qrupu ən çox müraciət olunan kimi bu ardıcıllıqla davam edəcək.

 

Buraxılış imtahanında göstərilən maksimal nətcə əgər blok imtahanında da olsa, o zaman prestijli ixtisasların bu il üçün keçid ballarının yüksək olacağı qaçılmazdır. Hesab edirəm ki, buna görə də prestijli ixtisaslarda keçid balları artacaq.

 

İxtisas qrupları üzrə düşünürəm ki, bu ixtisaslarda ballarda artım olacaq: Belə ki, I ixtisas qrupunda İT yonümlü , II ixtisas qrupunda iqtisadiyat yönümlü III qrupda hüquqşünaslıq, beynəlxalq münasibətlər, IV ixtisas qrupunda Tibb, V ixtisas qrupunda diznayn, məşqçilik və s. bu kimi ixtisaslardır ki, gözləntilər ondan ibarətdir ki, ballar artım müşahidə olunacaq”, - deyə fikrini yekunlaşdırıb.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla