AZ

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Sudanda

Bakı, 19 aprel, AZƏRTAC

Sudanda müharibənin davam etdiyi bir il ərzində ümumilikdə 391 nəfər vəba və “denge” qızdırması səbəbindən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, Sudanın səhiyyə naziri Haitam İbrahim mətbuata açıqlamasında 12 ştatda 11 minə yaxın vəba hadisəsinin qeydə alındığını, “denge” qızdırması hallarının sayının isə 9 minə çatdığını söyləyib.

Nazir bildirib ki, müharibəyə baxmayaraq, Səhiyyə Nazirliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili müdaxilələr həyata keçirib. Müxtəlif ştatlara həyati əhəmiyyətə 4 min ton dərman və tibbi vasitələr çatdırılıb.

Qeyd edək ki, 2023-cü il aprelin 15-də Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar nəticəsində təxminən 8,2 milyon nəfər qaçqın düşüb, 14,8 minə yaxın insan həlak olub. Xəstəxanalar və bir çox digər kritik infrastruktur obyektləri dağılaraq sıradan çıxıb.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla