AZ

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.


    
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deyib.

 

“Bir neçə gündür ki, Azərbaycan ərzisində müvəqqəti yerləşən rus sülhməramlıları artıq buranı tərk edirlər. Bu həm də 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin diplomatik uğurudur və yüksək qiymətləndirilməlidir. Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq biz düşünürdük ki, İlham Əliyev erməni separatizminə qarşı mübarizə aparır və bu da onun bir hissəsidir. Beləliklə, o, öz uğurunu əldə etdi. Bu gün əgər onlar özlərində zərrə qədər ləyaqət hissi daşıyırlarsa, cənab Prezidentin qarşısında baş əyərək üzr istəməlidirlər. Qarşıda 8 kəndimizin azad olunması, sülh sazişinin bağlanması və Zəngəzur dəhlizinin açılması durur. Bunlar da cənab Prezidentimiz tərəfindən təmin olunacaqdır”, - millət vəkili bildirib.

 

Firuzə Əliyeva

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla