AZ

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”

Deputat:
"ABŞ sülhməramlılarla bağlı da qərəzini gizlədə bilmədi. Dövlət Departamentinin nümayəndəsinin rus sülhməramlılarının çıxarılmasını şərh edərkən Rusiyanı “etibarsız müttəfiq” adlandırması, bu prosesi neqativ tərzdə şərh etməsi rikayarlığın növbəti göstəricisidir". 1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, açıq şəkildə sülhməramlıları ötən ilin payızında Azərbaycanın Xankəndidə reallaşdırdığı antiterror əməliyyatına mane olmamaqda ittiham edirlər. "ABŞ rəsmilərinin təbirincə desək, Rusiya ordusu “daha dinc və sabit bir Cənubi Qafqaz regionu üçün töhfə verməyib”. Yəni, ABŞ-yə görə sabitliyə töhfə separatçı rejimin bölgədə qalması, yeni “status-kvo”nun uzanması idi. Aydın olur ki, sülhməramlıların fəaliyyəti dövründə qeydə alınan və Bakını narazı salan bəzi neqativ məqamlar əslində Vaşinqtonun ürəyindən olub. Yəni, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır, bu, hər ötən gün daha ciddi şəkildə təsdiqini tapır".
"Məsələ burasındadır ki, bu vaxta qədər dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu" - deyə K.Nurullayeva əlavə edib:
"Biz ABŞ-nin dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadakı sülhməramlı kontingenti çıxarmağa çağırdığının şahidi olmuşuq. Eyni zamanda 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması da ABŞ tərəfindən alqışlanmışdı. Həmçinin Qazaxıstandakı sülhməramlı kontingent ölkəni “tez bir zamanda tərk etməyə” çağırılmışdı.
Bu təcrübəyə əsaslansaq, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını da alqışlamalı, Azərbaycanı təbrik etməli idi. Lakin əks mövqenin ortaya qoyulması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil. Ağ ev yalnız öz geosiyasi məqsədlərini güdür.
2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda keçirilən Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşü də Azərbaycanın suverenlihyinin təmin olunmasına qarşı yönəlmiş addım idi. Bu, Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas idi. Bununla Qərb Azərbaycanın öz suverernliyinin tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərmişdi".
O deyib ki, sülhməramlıların vaxtından əvvəl çıxarılmasına gəlincə, bu, Azərbaycanla Rusiya arasında münasibətləri gücləndirən faktordur.

"Hər iki ölkənin ali rəhbərliyinin birgə verdiyi qərar liderlərin şəxsi münasibətlərinin ölkələr arası münasibətləri gücləndirən faktor olduğunu bir daha təsdiqləyir. Bu, eyni zamanda ikitərəfli dostluq münasibətlərinin bundan sonra daha da güclənəcəyini deməyə əsas verir.
Sülhməramlıların çıxarılması eyni zamanda Qarabağ mövzusunun artıq bitməsi və ikitərəfli münasibətlərdə hərbi, sülhməramlı komponentin olmaması anlamına gəlir. Beləliklə, Bakı ilə Moskva arasında daha yaxşı əməkdaşlıq üçün imkanlar açılır.
Digər tərəfdən, 10 noyabr üçtərəfli sazişində sülhməramlıların Azərbaycan ərazilərində 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi. Yəni, sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir".

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla