AZ

ABB-nin faiz gəlirləri 9% artıb

Cari ilin ilk rübündə ABB-nin faiz gəlirləri 209 milyon 525 manat olub.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Faiz gəlirlərinin də  böyük hissəsini, yəni 146 milyon  721 min manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub.

Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 641 min manat, depozitlər üzrə faiz gəlirləri isə 29 milyon 520 min manata bərabə olub.

Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 30 milyon 128 min manat təşkil edib.

Digər faiz gəlirləri isə 2 milyon 514 min manata bərabər olub. Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar üzrə məbləğin həcmi isə 2 milyon 364 min manat təşkil edib.

Əvvəlki illə müqayisədə ümumi faiz gəlirləri 17 milyon 377 min manat və ya 9%, kreditlərdən əldə olunan gəlirlər 38 milyon 587 min manat və ya 36%, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri isə 333 min manat (2 dəfə) artıb.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla