AZ

Rus ordusu “Solntsepek”in istehsalını 2,5 dəfə artırıb

2023-cü ilin yekununa görə, TOS-1A “Solntsepek” ağır alov qurğularının istehsalı 2,5 dəfə artırılıb.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Omsk vilayətində müdafiə sənayesi müəssisələrinə səfəri zamanı məlum olub.

Qeyd edilib ki, istehsal gücünü genişləndirməklə, ikinövbəli qrafik üzrə gecə-gündüz işə keçmək və şəxsi heyətin sayını artırmaqla TOS-1A-nın istehsalını artırmaq mümkün olub. 2023-cü ildən zavodun işçi heyəti 1200 nəfərdən çox artıb.

Xatırladaq ki, TOS-1A qurğularının yeganə istehsalçısı Omsk Nəqliyyat Mühəndisliyi Zavodudur (Omsktransmaş Uralvaqonzavod konserninin bir hissəsinə daxildir).

TOS-1A sistemi T-72 tankı əsasında işə salma qurğusu və bir neçə dəstək maşınından ibarətdir. “Solntsepek” yüngül zirehli texnikaları məhv etmək, açıq yerlərdə və ya sığınacaqlarda yerləşən şəxsi heyəti yararsız hala salmaq, tüstü yandırıcı sursatlarla yanğın və tüstü ekranları yaratmaq üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla