AZ

"Biz Əli Kərimlidən fərqli olaraq düşünürdük ki, İlham Əliyev erməni separatizminin kökünü kəsəcək"

"Əgər Əli Kərimli və ətrafındakılar zərrə qədər ləyaqət hissinə malikdirlər, Prezidentin önünüdə baş əyərək ondan və Azərbaycan xalqından yalanlarına görə üzr istəyərlər".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. 

Deputat qeyd edib ki, sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra rus sülhməralılarının Qarabağdan çıxarılacağı artıq bəlli idi:

"Bir neçə gündür ki, Azərbaycan ərazisində müvəqqəti yerləşən sülhməramlı kontingetinin vaxtından əvvəl ölkəmizi tərk etməsi prosesi gedir. Bu ölkə Prezidentinin diplomatik məharətinin ən böyük uğurudur. Bu amil, eyni zamanda Vətən müharibəsi zamanında Kəlbəcər, Ağdam, Laçının şəhid vermədən azad edilməsi məntiqinin davamı kimi qiymətləndirilməlidir. Əvvəldən ölkə Prezidentinin siyasətinə bələd olan hər kəs sülhməramlıların burada yerləşməsinə müvəqqəti hal kimi yanaşırdı. Biz Əli Kərimli və ətarfından fərqli olaraq düşünürdük ki, İlham Əliyev erməni separatizminin kökünü kəsməyi qarşısına məqsəd qoyub. Cənab Prezident buna nail oldu".

Humay İSGƏNDƏRLİ

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla