İdman
"Sumqayıt" "Turan Tovuz"la oyuna ciddi itki ilə çıxacaq
“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün “Turan Tovuz”un qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar”ın hücumçusu Kasimir Ninqa bu görüşü buraxacaq. 4 sarı vərəqəsi olan forvard Tovuz səfərində komandasına kömək edə bilməyəcək.
Matç saat 16:30-da start götürəcək.