AZ

“Ən böyük türk icmaları məhz Rusiya ərazisində yaşayır” – PROFESSOR

Bu gün Qərb və Şərq türkçülüyünün daha da ucaldığını bütün dünya dövlətləri görür. Türklərin artan əhalisi, iqtisadiyyatı, inkişafı, dil və dini birliyi, əməkdaşlığı, mədəni və siyasi effektivliyi günü-gündən regionda əhəmiyyətini artırır.

Bu sözləri Herbiand.az-a açıqlamasında Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Platformasının sədri professor İbrahim Öztek bildirib:

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər türk dövlətləri arasında xüsusi yer tutur. Bir qisim siyasətçilər XXI əsrin məhz türk dövlətlərinin əsri olacağının proqnozunu verirdilər. Türk dövlətlərinin təşkilatlanması Turan yolunda mühüm addımdır. İş birliyi zamanı ölkələr qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə əlaqələr qururlar. İmperialist dövlətlər isə “ancaq mən qazanım” ideyasına üstünlük verir”. 

O, həmçini qeyd edib ki, ən böyük türk icmaları məhz Rusiya ərazisində yaşayır:

“Hazırda regiondan getdikcə təcrid olunan Rusiya üçün Azərbaycan və Türkiyə əvəzolunmaz qonşulara çevrilib”.

Emin ŞİRVANZADƏ

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla