AZ

“Azərbaycanın işğaldan azad olunmuş əraziləri cənnətə çevrilir” - DEPUTAT DANIŞDI

“Azərbaycan 44 günlük Vətən müharibəsi ilə düşməni darmadağın etdi. Düşmən otuz il ərzində Azərbaycanın torpaqlarını yalnız işğal etməmiş, həm də ərazilərimizi yerlə-yeksan etmək üçün mümkün olan bütün vəhşilikləri törətmişdi. Dini, tarixi abidələri, məktəb və bağçaları, evləri, hətta yaşıllığı belə məhv etmişdilər. Lakin 44 günlük Vətən müharibəsi ilə düşmənin burnu ovuldu, düşmənə havadarlıq edən dövlətlərin isə arzu və istəkləri ürəklərində qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Vətən müharibəsi dövründə Azərbaycana, Ali Baş Komandanına edilən bütün təzyiq və təhdidlər nəticəsiz qaldı: “Çünki Azərbaycan öz torpaqlarını azad edirdi və hər azad edilən ərazilərdə düşmənin vəhşiliyini görən Azərbaycan əsgəri intiqam almaq üçün daha güclü olurdu. Təbii ki, əhali buradan qaçqın və köçkün düşərkən hər şeyini itirmişdi. Tək ümidləri isə Azərbaycan dövlət başçısına idi. Torpaqlarımızın azad edilməsi ilə Böyük Qayıdış başladı. Yəni, işğaldan azad etdiyimiz torpaqlarda, rayon mərkəzlərində, kənd və qəsəbələrdə gecə-gündüz bərpa və yenidənqurma işlərinə başlanıldı. Bu gün Azərbaycanın işğaldan azad olunmuş əraziləri cənnətə çevrilir. Dövlətimiz öz gücü ilə ərazilərimizi ən yüksək səviyyədə bərpa edib, qurur. Həmin ərazilərdə bütün ifrastruktur nəzərə alınaraq ciddi işlər görülür.

Hər bir insan öz dədə-baba yurduna köçdükdən sonra burada olan bərpa-quruculuq işləri daha artacaq, sürətlənəcək. Artıq ərazilərimizə köç prosesi də başlayıb. Bu da işğaldan azad olunmuş ərazilərə Azərbaycan dövlətinin göstərdiyi diqqətin nəticəsidir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla