AZ

Azərbaycanın sədrliyiAQEM-in əsas vəzifələrinə mühüm töhfə verəcək (ÖZƏL MÜSAHİBƏ) (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın sədrliyi Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin (AQEM) əsas vəzifələrinə mühüm töhfəverəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində AQEM-in baş katibi KayratSarıbay deyib.

"Azərbaycanın AQEM-də sədrliyindən əsas gözlənti sülh, dialoq vəəməkdaşlığa imkan yaratmaqdır. Bu, beynəlxalq təşkilatımızın əsasistiqaməti və vəzifələridir. Bu səbəbdən düşünürəm ki, Azərbaycanınsədrliyi bəşər cəmiyyətinin bu əsas təməllərinə öz mühüm töhfəsiniverəcək", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT-dən başlayaraq QoşulmamaHərəkatına qədər bir çox regional və beynəlxalq strukturlarda sədrqismində mühüm təcrübəyə malikdir, belə ki, ölkə bu yaxındaQoşulmama Hərəkatına sədrlik etməklə hərəkata mühüm institusionaltöhfə verib.

"Düşünürəm ki, Azərbaycanın sədrliyi illərində bizi maraqlıgünlər gözləyir. Siz iki mühüm tədbiri qeyd etdiniz. 2024-cü ildəXarici İşlər Nazirləri Şurasının keçiriləcəyini gözləyirik. İlkintəsəvvür və razılaşmamız olduğundan, Azərbaycan hökuməti qlobalictimaiyyətin ekoloji gündəminin müzakirəsi üçün bütün dünyanınBakıya axın edəcəyi qlobal COP tədbirini (COP29) bu il AQEMçərçivəsində əsas tədbir olan Xarici İşlər Nazirləri Şurası iləbirləşdirərək, sinerji yaratmaq istəyir. Zənnimcə, bu yanaşma çoxuyğundur və AQEM-in mahiyyətini əks etdirir", - o deyib.

Kayrat Sarıbay AQEM-in təkcə Asiya ilə məhdudlaşmadığınıbildirib.

"AQEM bütünlükdə qlobal inkişaf prosesidir. Üstəlik, Asiyagetdikcə beynəlxalq siyasət və iqtisadiyyatda daha nəzərəçarpan roloynayır. Bu səbəbdən bu ilk hadisədir. Digər mühüm hadisə 2026-cıildə keçiriləcək sammitdir. İlkin razılaşmaya əsasən, biz Bakıdailıq, möhtəşəm günəşli havanın olacağı 2026-cı ilin payızınafokuslanacağıq. Çünki Bakı dünyada öz mehribanlığı və günəşlihavası ilə tanınır. Bu səbəbdən, düşünürəm ki, sammitə yeni maraqlıqərarlar və Azərbaycanın sədrliyi müddətində yaranacaq mühüminstitutlarla iştirak edəcəyik", - o deyib.

Baş katibin sözlərinə görə, Azərbaycanın sədrliyininprioritetləri bu ilin payızında AQEM-in Bakıda keçiriləcək XİNbaşçılarının Şurasında təqdim olunacaq.

"Lakin artıq ehtimal edə bilirəm ki, bəzi mövzular, misal üçündayanıqlı qarşılıqlı asılılıq mövzusu təkcə hazırkı sədr olanQazaxıstan üçün, Təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrəetimad tədbirlərinin kataloqunun müvafiq istiqaməti üzrəkoordinator olaraq Azərbaycan üçün deyil, bütün AQEM məkanı üçünaktualdır. Bu səbəbdən bu gün qarşılıqlı əlaqə ilə bağlı buçağırışlar göstərir ki, mümkün qədər çox alternativ kommunikasiyayollarını inkişaf etdirməli, dəmir yolu, avtomobil və havayollarından, eləcə də, rəqəmsal və digər kommunikasiyalardan mümkünqədər çox istifadə etməliyik", - o deyib.

Kayrat Sarıbayın qeyd etdiyi kimi, Azərbaycan koordinatorqismində AQEM ölkələri arasında təhlükəsiz dəhlizlərin inkişafı iləbağlı qarşılıqlı əlaqələrin artırılması üzrə konsepsiyahazırlayıb.

"Azərbaycan istər İşgüzar Şura, istərsə də Gənclər Şurası olsun,bütünlükdə AQEM çərçivəsində müxtəlif forumlarda fəal şəkildəiştirak edir. Bu səbəbdən qarşılıqlı əlaqələrin təmin olunmasıbaxımından çox addımlar atılır, lakin artıq dediyim kimi, bunlarkifayət deyil. Pandemiya göstərdi ki, qarşılıqlı əlaqələrimizimümkün qədər çox və dərindən inteqrasiya etməliyik. Bu, təkcənəqliyyat dəhlizləri deyil, həm də ərzaq, dərman vasitələri, digərhər hansı prioritet mallar üçün "yaşıl" dəhlizlərin təmin olunmasıüçün gömrük qanunvericiliyinin, epidemioloji xidmətlərinfəaliyyətinin, nəqliyyat şirkətlərinin harmonizasiyasıdır", - odeyib.

Baş katib AQEM-in daha ümumiləşmiş yanaşmaya malik olduğunu vəkonkret tranzit marşrutlarının işlənilməsi üzrə layihə fəaliyyətiilə hələlik məşğul olmadığını qeyd edib.

"Bununla yanaşı, AQEM-ə üzv dövlətlər üçün ayrı-ayrıprioritetlər aydındır və Mərkəzi Asiya ölkələri, Azərbaycan, eləcədə, Gürcüstan və bildiyim qədərilə bu prosesə cəlb olunmaq istəyənErtmənistanın sıx əməkdaşlığından xəbərim var və yəqin ki, budüzgün olar, çünki regional sülhə, Mərkəzi Asiya ölkələrinin CənubiQafqaz vasitəsilə və İpək Yolu mənbələrinin birləşdirməklə Türkiyəvə Avropaya çıxışına xidmət edəcək. Bu, bütünlükdə transkontinentalqarşılıqlı əlaqələrdə yeni səs olacaq", - o deyib.

Onun sözlərinə görə, AQEM çərçivəsində ayrı-ayrı ölkələr məhzkonkret dəhlizlərin inkişafı üçün qabaqçıl çərçivə şərtləriyaratmaq üçün qarşılıqlı asılılıq mövzusunu inkişafetdirəcəklər.

"Asiyada qarşılıqlı əlaqələr öz növbəsində qlobal səviyyədəqarşılıqlı əlaqələrə imkan yaradacaq, çünki Asiya ən böyük, ən çoxməskunlşmış qitə olmaqla, bu gün texnoloji tərəqqinin liderlərindənbiridir. Zənnimcə, AQEM çərçivəsində konsepsiya olaraq qarşılıqlıəlaqələrin inkişafı üçün ahəngdar çərçivə şərtlərini yarada bilsək,hər bir ayrı dəhliz AQEM-in hər bir konkret üzv dövlətinə konkretfayda gətirəcək", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla