AZ

Ən uzun qələbə seriyaları - SİYAHI

Bakı. Trend:

Futbol tarixinin ən uzun qələbə seriyaları açıqlanıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, İFFHS-in cədvəlinə ən azı ardıcıl 20 dəfəqalib gələn komandalar daxil edilib.

İndiyədək 17 belə seriya qeydə alınıb. Dünya rekordu “Əl-Hilal”aməxsusdur. Səudiyyə Ərəbistanı təmsilçisi bütün turnirlər nəzərəalınmaqla 34 qələbə qazanıb.

Bəzi klublar bir neçə dəfə belə seriyaya imza atıblar. Regionalliqalardakı qələbələr nəzərə alınmayıb.

1. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - 34
2. “Belfast Seltik” (Şimali İrlandiya) – 31
3. “Uypeşt” (Macarıstan) – 30
4. TNS (Uels) – 27
5. “Ayaks” (Niderland) – 26
6. TNS (Uels) – 26
7. “Ayaks” (Niderland) – 25
8. “Seltik” (Şotlandiya) – 25
9. “Şaxtyor” (Ukrayna) – 25
10. “Ferensvaroş” (Macarıstan) – 25
11. “Seltik” (Şotlandiya) – 24
12. “Bavariya” (Almaniya) – 23
13. “Srvena Zvezda” (Yuqoslaviya) – 23
14. “Real” (İspaniya) – 22
15. “Nasyonal” (Uruqvay) – 22
16. “Fənərbaxça” (Türkiyə) – 21
17. “Mançester Siti” (İngiltərə) – 21

Qeyd edək ki, klublar beynəlxalq oyunlardakı qələbə sayına görəsıralanıb.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla