AZ

Sülhməramlıların çıxması Ali Baş Komandanın apardığı düşünülmüş siyasətinin təcəssümüdür – Hacı Əzimov

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması o deməkdir ki, artıq ölkəmiz bu prosesdə son nöqtəni qoydu.

Bu fikirləri Herbiand.az-a Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov bildirib. O qeyd edib ki, iki ölkənin rəhbərlərinin verdikləri bu qərar Azərbaycanla Rusiya arasında normal münasibətlərin mövcud olmasını bir daha təsdiqləmiş oldu:

“Rusiya sülhməramlılarının 2025-ci ilədək qalmasında heç bir zərurət yoxdur. Bu səbəbdən də bu tarixədək bağlanan müqavilə tez bir zamanda həll olundu. Və bu bir daha onu göstərir ki, Azərbaycan Rusiya əlaqələri sağlam əsaslarla qurulub”.

Birlik sədri qeyd etdi ki, sülhməramlıların çıxması Ali Baş Komandanın düşünülmüş siyasətinin təcəssümüdür.

 

Elnurə İSAXAN

 

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla