AZ

Aktrisa Ülviyyə əri Muradla boşanması xəbərlərinə CAVAB VERDİ – VİDEO 

Aylar əvvəl evliliklərində yaşanan problemlərlə gündəmə gələn məşhur aktyor cütlüyü Ülviyyə Xəlilbəyli və Murad İsmayılın boşanması ilə bağlı xəbərlər yayılmışdı. 

Bizim.Media xəbər verir ki, Ülviyyə sözügedən məsələyə qonaq olduğu “Xəbərin var?” maqazin verilişində aydınlıq gətirib. 

Aktrisa bildirib ki, onun sosial şəbəkə hesabında paylaşdığı bir post başına bəla açıb: 

“Hər ailədə çətinliklər və problemlər olur. Bəzi media nümayəndələri və saytlar əsəbimin pik nöqtəsində sosial şəbəkə hesabımda bir paylaşımımı xəbər etmişdilər. 

“Səbri daşıran bir damla olur, bax o cür paylaşım etmişdim. Amma onu cəmi 20 dəqiqə saxlamışdım. Amma bu aləmin bir-birinə dəyməsinə bəs etmişdi (gülür). Çoxları bu posta görə məni qınadı ki, yenidən bu söhbətləri (ailəsində boşanma haqda yayılan xəbərləri nəzərdə tutur – red.) açdı və sairə... Amma həmin vaxt bunu etməyim çox lazım idi. Mənim sonrakı rahatlığımı və sakitliyimi təmin etməyim üçün... Yəni bu paylaşımımdan sonra insanlar geriyə çəkildilər ki, Ülviyyə o qədər də saf deyil və ona istədiyimizi edə bilmərik. Deməli, o da bizə cavab qaytara bilər”. 

Ü.Xəlilbəyli “Həyat yoldaşınız M.İsmayıl ilə rəsmi olaraq boşanmısınız?” sualına belə cavab verib: 

“Xeyr, biz boşanmamışıq. “Instagram” sosial şəbəkə platformasında bir-birimizi izləmirik”. 

Verilişin gedişatında proqramda qonaq olan müğənni Rəsul Əfəndiyev bildirib ki, Murad Ülviyyə ilə birlikdə kanalın həyətinə gəlib, onu verilişə yola salıb sonrada çıxıb gedib. 

Bu faktı isə Ülviyyə gülərək təsdiqləyib. 

Qeyd edək ki, cütlüyün iki oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media Bizim.Media

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla