AZ

Pərakəndə ticarət dövriyyəsi 3,1 faiz artıb

Bakı. Trend:

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına6 milyard 886 milyon manat xərclənib.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındayazıb.

"Bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyonmanat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə3,1 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütünməmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faizartıb.

Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarındançoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur.

Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb iləbağlı olsa da son 2 ildəki inflyasiya səviyyəsi də təsrsiz deyil.İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlakbazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır.

Qeyd edək ki, ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20,inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir", -deyə V.Bayramov bildirib.

Məqalədə:
Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla