AZ

“Neftçi” kömək edəcəyini demişdi, amma...” – Vadim Vasilyev

Veteran futbolçu Vadim Vasilyevin aprelin əvvəlində ictimaiyyətə müraciət edərək sağlamlığıyla bağlı problemlərin aradan qaldırılması üçün maddi yardım istədiyini xəbər vermişdik. Artıq məsələ həllini tapıb.

Vadim bəyin “Football-plus.az”a verdiyi məlumata görə, Heydər Əliyev Fondu onun müalicə xərclərini öz üzərinə götürüb:

“Çox təşəkkür edirəm ki, Heydər Əliyev Fondu müraciətimi cavabsız qoymadı. Müalicəm “Liv Bona Dea” xəstəxanasında davam edir. Daha doğrusu, ora gedib-gəlirəm. Mənlə yüksək səviyyədə maraqlanırlar. İndiyə qədər bir neçə analiz vermişəm. Narahatlığım yoxdu. Sabah yenidən həkim qəbulunda olacam”.

Veteran futbolçu sabiq klubu “Neftçi”nin ona yardım edib-etmədiyi haqda bunları dedi:

“Bəli, kömək edəcəklərini demişdilər. Bu haqda mətbuatdan oxumuşdum... Amma heç kim əlaqə saxlamadı”.

Xatırladaq ki, Vasilyev fevralda insult keçirdiyindən xəstəxanaya yerləşdirilmişdi.

KƏNAN BAHADIR
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla