AZ

“Bank Avrasiya”nın istehlak və biznes kreditləri kiçilib

Cari ilin ilk rübündə “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) artıb.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Bu ötən ilin son rübü ilə müqayisədə 1% (1 milyon 999 min manat) artaraq 135 milyon 170 min manata çatıb.

Kredit portfelinin 15 milyon 307 min manatını istehlak kreditləri, 63 milyon 846 min manatını biznes kreditləri, 56 milyon 17 min manatını isə ipoteka kreditləri təşkil edib.

Son bir ildə istehlak kreditləri 168 min manat (1%), biznes kreditləri 2 milyon 368 min manat (4%) azalıb, ipoteka kreditləri isə 537 min manat (1%) artıb.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla