AZ

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artıq İsrail İran ilə bağlı hücum planı, yəni cavab əməliyyatı hazırlayır. Lakin bunun tam olaraq nə vaxt baş verəcəyi hələ də tam olaraq məlum deyil. Bu gün də mətbuatda İsrailin İrana raket hücumu etdiyi ilə bağlı məlumatlar yayıldı. Lakkiin qarşı tərəf bunu rədd etdi və nüvə obyektlərini hədəf almadığını bildirib. Bəs hücumların intensiv olaraq davam etməsi iki ölkə arasında müharibəyə çevrilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildriib ki, İran və İsrailin bir başa quru sərhədləri olmadığından bu iki ölkə bir-birinə raket və dronlarla hücum edir:

" Ötən gecə İsrail İrana "məhdud" hava hücumu ilə zərbələr endirdi. Deyilənə görə İranın İsfahan şəhərində yerləşən hərbi bazaya və hava limanına zərbələr endirilib. İranda saat 11-ə qədər daxili uçuşlar dayandırılıb. Bu o deməkdir ki, İsrailin zərbələri İrana tutarlı olub. İran və İsrail arasında müharibə onsuzda davam edir. Bunu İran birbaşa deyil, Hizbullah, Həmas, Husi və s. kimi proksi qüvvələrlə həyata keçirir. Düşünürəm ki, İran-İsrail müharibəsinin başlaması məsələsi bir qədər indiki şərait üçün real deyil. Çünki müharibə İran və İsrail arasında var. Bu istər Suriya, istər İraq, istərsə də Qəzza zolağında olsun. İran-İsrail müharibəsi gedir. Eyni zamanda iki ölkə arasında qarşılıqlı raket hücumları onu sübut etdi ki, bu müharibə heç vaxt dayanmayıb. Uzun müddətdir davam edir və bütün bunlar İran-İsrail münasibətlərinin göstəricisidir".

Xatırladaq ki, İsrail ABŞ-yə İranın nüvə obyektlərini hədəf almadığını bildirib. Baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır. İsrailin zərbələri "məhdud" xarakter daşıyır və mülki və nüvə obyektlərini yox, İranın hərbi obyektlərini hədəf alıb. Bununla yanaşı, İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb

Sevda Səfərova

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla