AZ

Pioli: "Milan"da qətiyyət çatışmırdı"

style='margin-bottom:10px;'>

“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının Avropa Liqasında mübarizəni dayandırması haqqında danışıb.  

QOL.az xəbər verir ki, 1/4 finalın ilk görüşündə “Roma”ya 0:1 hesabı ilə uduzan "Milan" ötən gecə cavab oyununda azlıqda qalan rəqibinə 1:2 hesabı ilə məğlub olub. Bununla da "Milan" Avroliqa ilə vidalaşıb. 

Pioli isə komandasında qətiyyətin çatışmadığını bildirib: “Bu turniri təəssüflə tərk edirik. “Roma” hər iki oyunda keyfiyyət və əzmkarlıq nümayiş etdirdi. Onlar yarımfinala yüksəlməyə layiqdirlər. Bizim isə keyfiyyətimiz yox idi. Şanslarımız çox olmadı. Amma mərhələ adlamaq üçün imkanlarımız var idi. "Roma" 31-ci dəqiqədən etibarən 10 nəfərlə oynayırdı. Bundan yararlanmalı idik. Bizdə həm keyfiyyət, həm də qətiyyət çatışmırdı".

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla